La Liqa prezidenti Xavyer Tebas son "Real Madrid" - "Barselona" qarşılaşmasındakı gərgin epizodları mənfi nümunə kimi dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Tebas futbolçular arasında emosional qarşıdurmaların liqanı düzgün təmsil etmədiyini deyib.
"Son "El Klasiko"nun görüntüləri yaxşı nümunə deyildi. Futbolçular bizlərin anlaya bilməyəcəyi yüksək nəbzlə oynayırlar, amma bunun təkrarlanmamasını istəyirəm", - Tebas bildirib.
La Liqa prezidenti əlavə edib ki, liqada keçirilən matçların böyük əksəriyyətində bu cür qarşıdurmalar müşahidə olunmur.