"Real"ın prezidenti Florentino Peres tərəfindən yaradılan yeni Birləşmiş Liqa (keçmiş Avropa Super Liqası) layihəsi İspaniya La Liqasındakı klubların tənqidinə məruz qalıb. Sport24.az xəbər verir ku, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
La Liqa klubları bu turnirdə iştirak etmək istəmir.
Bir müddət əvvəl məlum olub ki, turnirdə Rusiya da daxil olmaqla, UEFA-nın 55 milli assosiasiyasından 96 Avropa klubu iştirak edə biləcək. Oyunların sentyabr-aprel ayları arasında, hər həftənin ortasında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, turnirin layihəsi ilk dəfə 2021-ci ildə ortaya çıxıb, azarkeşlərin və ictimaiyyətin tənqidi, eləcə də, sanksiya təhlükəsi səbəbindən uğursuzluğa düçar olub.