İspaniyanın "Real Betis" futbol komandası La Liqanın 12-ci turunda səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Martines Valero" stadionunda keçirilən qarşılaşmada hər iki qol oyunun sonlarına yaxın vurulub.
81-ci dəqiqədə Rodriqo Rikelme, 89-cu dəqiqədə isə Mark Bartra fərqlənib.
Bu nəticədən sonra "Betis" xallarının sayını 26-ya çatdırıb və dördüncü pillədə qərarlaşıb. "Elçe" isə 10 xalla 18-ci yerdə qalıb.