İspaniya La Liqasında 6-cı turun iki oyunu baş tutub.
İdman.biz bildirir ki, ilk olaraq "Osasuna" və "Elçe" üz-üzə gəliblər.
Meydan sahiblərindən Munyosun 10-cu dəqiqədə vurduğu qola qonaqlar 90+2-də Pedrosanın topu ilə cavab veriblər - 1:1.
Turun digər qarşılaşmasında "Ovyedo" La Liqa nəhəngi "Barselona"nı qəbul edib.
Görüşdə hesabı 33-cü dəqiqədə Reyna açıb - 1:0. O, qapıçının səhvindən məharətlə istifadə edərək 40-metrdən topu qapıya göndərib. Birinci hissə bu hesabla bitib.
İkinci hissənin 56-cı dəqiqəsinəd "Barselona" cavab topunu vurub. Bunu Qarsia edib.
70-ci dəqiqədə isə Levandovski "Barselona"nı irəli çıxarıb.
78-ci dəqiqədə isə Arauxo üçüncü topu meydan sahiblərinin qapısından keçirib - 1:3.
Oyun bu hesabla qurtarıb.