top
La Liqa: Atletiko Rayo Valyekanoya böyük hesabla uduzdu Idman.biz
16 fevral 2026, 02:14
- ↺ +

La Liqa: "Atletiko" "Rayo Valyekano"ya böyük hesabla uduzdu

İspaniya La Liqasının 24-cü turunda keçirilən "Malyorka" - "Betis" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, hesabı 18-ci dəqiqədə "Betis"in hücumçusu Abde Ezzalzuli açıb. Birinci hissəyə əlavə olunan vaxtda Sedrik Bakambu üstünlüyü iki topa çatdırıb. 66-cı dəqiqədə Vedat Muriki fərqi azaldıb. Bu qol hücumçu üçün La Liqada 50-ci olub. Qalan vaxtda tərəflər hesabı dəyişə bilməyiblər.

24 turdan sonra "Betis" 41 xalla turnir cədvəlində beşinci pillədədir. "Malyorka" isə 24 xalla 18-ci sırada qərarlaşıb.

Növbəti turda "Betis" fevralın 21-də öz meydanında "Rayo Valyekano"nu qəbul edəcək. "Malyorka" isə bir gün sonra səfərdə "Selta" ilə qarşılaşacaq.

23:41

"Valensiya" İspaniya La Liqasının 24-cü turunda səfərdə "Levante"yə qalib gəlib - 2:0.

İdman.Biz xəbər verir ki, qonaqlara qələbəni Lardji Ramazani (64-cü dəqiqə) və Umar Sadik (84-cü dəqiqə) gətiriblər.

"Valensiya" 26 xalla La Liqada 14-cü pilləyə yüksəlib. "Levante" isə 18 xalla turnir cədvəlində 19-cu yerdə qalır.

21:42

İspaniya Kubokunun yarımfinalının ilk oyununda "Barselona"nı darmadağın edən "Atletiko" İspaniya La Liqasının 24-cü turunda "Rayo Valyekano"ya 3:0 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, hesab 40-cı dəqiqədə açılıb. "Rayo Valyekano"nun yarımmüdafiəçisi Fran Peres fərqlənib. Beş dəqiqə sonra Oskar Martin meydan sahiblərinin üstünlüyünü artırıb. 76-cı dəqiqədə isə müdafiəçi Nobel Mendi üçüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Atletiko" 24 oyundan sonra 45 xalla dördüncü pillədə qalıb. "Rayo Valyekano" isə 23 matçdan 25 xal toplayaraq 17-ci sıradadır.

Növbəti turda "Atletiko" fevralın 21-də öz meydanında "Espanyol"u qəbul edəcək. "Rayo Valyekano" isə eyni gün səfərdə "Betis"lə qarşılaşacaq.

19:19

İspaniyanın "Atletik" klubu La Liqanın 24-cü turunda səfərdə "Oviedo" üzərində əzmkar qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, görüş 2:1 hesabı ilə Bilbao təmsilçisinin xeyrinə başa çatıb. Ev sahibləri 30-cu dəqiqədə İlya Şayra ilə hesabı açıblar.

Fasilədən sonra "Atletik" oyunun gedişini dəyişməyi bacarıb. 58-ci dəqiqədə Mikel Xaureqisar bərabərlik qolunu vurub. 71-ci dəqiqədə isə Oyan Sanset penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

Bu nəticədən sonra "Atletik" xalını 31-ə çatdıraraq turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Oviedo" isə 16 xalla sonuncu - 20-ci yerdə qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Oxşar xəbərlər