İspaniya La Liqasında 6-cı turun oyunları baş tutub.
İdman.biz xəbər verir ki, "Xetafe" Alaves"i qəbul edib. Oyun heç-heçəylə nəticələnib - 1:1.
"Atletiko Madrid" öz meydançasında "Rayo Valekano"nu qəbul edib. Oyunun 15-ci dəqiqəsində "Ateltiko"nun oyunçusu Alvares hesabı açıb - 1:0. Birinci hissəyə artıırlmış ilk dəqiqədə Çavarria cavab topunu vurub - 1:1.
İkinci hissədə Qarsia qonaqları irəli çıxarıb - 1:2. 80-ci dəqiqədə Alvares oyunda özünün ikinci topunu vurub - 2:2. 88-ci dəqiqədə isə Alvares het-trikə imza ataraq komandasına qələbə gətirib - 3:2.
"Real Sosyedad" isə öz meydançasında "Malyorka"nı məğlub edib - 1:0.