top
Kurban Berdıyev: Təcrübə onu göstərir ki, intizam qorunursa, sürprizlər qeydə alına bilər Sport24.az
15 sentyabr 2024, 22:57
- ↺ +

Kurban Berdıyev: "Təcrübə onu göstərir ki, intizam qorunursa, sürprizlər qeydə alına bilər"

Misli Premyer Liqasının VI turunun "Sabah" – "Turan Tovuz" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

 

– Paltardəyişmə otağında uşaqlara dedim ki, hər hissənin ilk dəqiqələrini uduzduq. Ümumən, xarakter göstərdik və uşaqlardan razı qaldım.

 

– Qələbə qolunu vurmaq üçün nə çatmadı?

– İkinci hissədə bəzi futbolçularım bəzi mövqelərini yaxşı tutmadığı üçün qol buraxdıq. Rəqibin haqqını vermək lazımdı, əks-hücumlarda yaxşı idilər. Bir az həyəcanımız var idi, özümüzə xas olan oyunu göstərə bilmədik. Yenə də futbolçulara təşəkkür edirəm, xarakter göstərdilər.

 

– Son epizodda sayılmayan qolunuz nə ilə bağlı idi?

– Yan xətt hakimi bildirdi ki, top xətti keçib. Amma videotəkrarda görünmədi. Artıq qərar verilib.

 

– Buraxılan qolları necə şərh edərdiniz?

– Şəhriyarın yoxluğu hiss olunurdu. Amma uşaqlar bunun öhdəsindən gəldilər.

 

– Oyunçularınıza neçə bal verərdiniz?

– Qiymətləndirə bilmərəm. Müdafiədə və digər xəttlərdə problemlər var idi. Yaxşı və müsbət məqamlar oldu.

 

– Lidersiniz, komandanızdan nə dərəcə razısınız?

– Tam razıyam desəm, düz olmaz. Uşaqlar məşqlərdə və oyunlarda əllərindən gələni edirlər. Möhkəmlənməliyik.

 

– Reallıq var ki, heyət kasaddır. Bu fonda belə davam etmək çətin olmayacaq?Azarkeşlərdən çempionluq tələb edənlər də var. Bu, təzyiq yaratmır?

– Bu, azarkeşlərin istəyidir. Onlara təşəkkür edirəm. Sonda necə olacağını Allah bilir. Təcrübə onu göstərir ki, intizam qorunursa, sürprizlər qeydə alına bilər.

 

– Komandada intizam və sakitlik hiss edilir. Nə baş verdi ki, komandanı belə intizamlı etməyi bacardınız?

– Çalışırıq ki, oyunçular hər mənada intizamı qorusun. Bunun üzərində çalışırıq. İntizamı müəyyən hissələrə bölmək olmaz. Həm meydanda, həm də kənarda belə olmaq lazımdır.

 

– Yayılan xəbərlərə görə, həm hücumçu, həm də pleymeyker axtarışındasınız… 

– Bu, Otto Conla bağlı idi. Təklif gəlmişdi və ona görə hücumçu axtarırdıq. Pleymeyker isə hər komandaya lazımdır. "Kəpəz"lə oyun ərəfəsində bir jurnalist gəlib, oyunöncəsi hazırlığımıza çəkmişmişdi. Lakin işıqlandırmağa icazə verməmişdim. İndi ondan üzr istəyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Oxşar xəbərlər