Misli Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı" ilə heç-heçə edən (2:2) "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev mətbuat konfransı keçirib. Sport24.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 71 mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Hesab oyuna görədi. Baxmayaraq ki, son dəqiqədə bərabərlik qolunu vurduq, yenə də ədalətli nəticənin qeydə alındığını düşünürəm.
- Əsas heyətin bir neçə üzvü ehtiyatda qaldı...
- Miller zədəli idi. Digər iki oyunçumuz məşqlərdə özünü daha yaxşı göstərməlidirlər.
- Qapıçı dəyişikliyinin səbəbi?
- Kim özünü daha yaxşı göstərirsə o da oynayır.
- Üç oyundu qələbəyə həsrətsiz. Bu, enişdi?
- Xeyr, bunu eniş saymırıq.