"Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq".
İdman.Biz bildirir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"la oyundan sonra deyib.
Qarşılaşma 2:1 Ağdam klubunun qələbəsi ilə bitib.
"Qarabağ" kimi komandaya qarşı oynamaq çətindir. Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdır. Yaxşı oynadılar", - Berdıyev əlavə edib.