top
Kurban Berdiyev: İkinci hissədə daha yaxşı oynadıq, qələbəyə layiq idik Sport24.az
02 noyabr 2025, 18:39
- ↺ +

Kurban Berdiyev: İkinci hissədə daha yaxşı oynadıq, qələbəyə layiq idik

"Təxmin etdiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə, gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turunun "Şamaxı" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiz?

- Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Bir az sakitləşmişdilər.

 

- Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdüz ki, bəlkə bir müddət sonra oynayardınız?

- Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsüz. Oyunla bağlı danışaq.

 

- "Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu sizi qayğılandırır?

- Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə o da oynayır.

 

- Ayxan Abbasov bildirdi ki, hər iki komanda bir xala layiq idi. Siz necə düşünürsüz?

- İkinci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.

 

- Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?

- Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əsasən də ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər