top
Kürasao millisinin dünya çempionatına sensasiyalı vəsiqəsi: Futbol tarixinin ən kiçik dövləti mundialda Idman.biz
19 noyabr 2025, 12:15
- ↺ +

Kürasao millisinin dünya çempionatına sensasiyalı vəsiqəsi: Futbol tarixinin ən kiçik dövləti mundialda

Karib dənizində yerləşən kiçik ada dünya futbolu tarixinə öz adını yazdırıb.

İdman.Biz-in məlumatına görə, cəmi 156 min nəfərdən bir qədər artıq əhalisi olan ölkəni təmsil edən Kürasao millisi 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanaraq, 2018-ci ildəki dünya çempionatında iştirak etmiş İslandiyanın rekordunu yeniləyib və mundiala vəsiqə qazanan ən az əhalisi olan ölkə olub.

Həlledici nəticə KONKAKAF 2026 Dünya Çempionatının Seçmə Mərhələsinin son turunda Kinqstonda Yamaykaya qarşı keçirilən səfər oyununda qeydə alınıb. Meydan sahiblərini yalnız qələbə qane edirdi, Kürasaoya isə heç-heçə də bəs edirdi. "Independence Park" stadionunda gərgin keçən matç 0:0 hesabı ilə nəticələnib. Məhz bu nəticə Kürasaonun qrupda birinci yeri tutmasını və ÇM-2026-ya birbaşa vəsiqəni təmin etdi.

Situasiyaya xüsusi dramatizm qatan məqam isə ondan ibarət idi ki, komanda bu həlledici oyunu baş məşqçisiz keçirdi. 2024-cü ilin yanvarında Kürasao millisinin sükanı arxasına keçmiş təcrübəli niderlandlı mütəxəssis Dik Advokat ailə səbəblərinə görə matçda iştirak edə bilməyib.

Kürasaonun final mərhələsinə gedən yolu olduqca inamlı olub. Onların qrupunda Yamayka, Trinidad və Tobaqo, həmçinin Bermud adaları yer alırdı. Komanda mərhələni məğlubiyyətsiz başa vurdu: üç qələbə və üç heç-heçə, top fərqi +10 və yekunda 12 xal - Yamaykadan bir xal çox. Seriya səfərdə 0:0 hesablı heç-heçə ilə başlayıb, daha sonra Bermud adaları və Yamayka üzərində ev qələbələri gəlib. Oktyabr ayında Trinidad və Tobaqo ilə oyun 1:1 hesabı ilə nəticələnib, ən vacib an isə Bermud adaları üzərindəki 7:0 hesablı böyük qələbə olub. Məhz bu nəticələr sayəsində Kürasao son qarşılaşmada heç-heçə ilə də mundiala çıxış hüququ qazanmışdı.

Dik Advokatın fiquru isə bu hekayəyə əlavə miqyas qatır. O, 1990-cı illərdə artıq Niderland millisini 1994-cü il dünya çempionatına çıxarmış və komanda həmin mundialda 1/4 finala qədər irəliləmişdi.

Sonralar o, Cənubi Koreya millisini ÇM-2006-nın final mərhələsi ərəfəsində çalışdırmışdı: koreyalılar mundiala başqa məşqçinin rəhbərliyi altında vəsiqə qazanmışdı, lakin turnirdə məhz Advokatın rəhbərliyi ilə çıxış etmişdilər.

İndi isə Kürasao onun dünya çempionatına çıxartdığı ikinci milli komanda olur. Niderlandla mundiala yüksəlmək gözlənilən bir hadisə idisə, balaca ada dövlətinin möhtəşəm sıçrayışı cari seçmə mərhələsinin ən böyük hadisələrindən biri sayılır. Qeyd edək ki, proqnozlara görə, 78 yaşlı Advokat Dünya Çempionatı 2026-nın ən yaşlı baş məşqçisi olacaq.

Kürasao - Venesuela sahillərinin şimalında yerləşən kiçik Karib adasıdır və 2010-cu ildən bəri Niderland Krallığının tərkibində özünüidarəetmə hüququna malik ölkə statusunu daşıyır. Adanın əhalisi təxminən 156 min nəfərdir. Futbol burada uzun illərdir inkişaf edir, lakin milli komanda uzun müddət regionun daha böyük kollektivlərinin kölgəsində qalmışdı. Komandaya yeni nəfəs isə 2010-cu illərdə gəldi - federasiya Niderlandda yaşayan, amma kökləri bu adaya bağlı olan futbolçuları aktiv şəkildə yığmaya cəlb etməyə başladı. 2017-ci ildəki Karib Kubokunun qazanılması və ardıcıl KONKAKAF Qızıl Kuboku iştirakları bu prosesin simvolik dönüş nöqtəsi oldu.

Bu gün dünya çempionatına vəsiqə qazanmaq həmin yolun məntiqi davamıdır. Regionda "Mavi dalğa" adlandırılan komanda diasporla düzgün işə, müasir hazırlıq yanaşmasına və Avropanın elit yığmalarında çalışmış baş məşqçinin təcrübəsinə söykənir.

İndi isə əhalisi kiçik bir şəhər qədər olan ada, dünya futbolunun əsas səhnəsində öz komandası ilə ilk dəfə görüşməyə hazırlaşır. Rəqiblərin kim olmasından asılı olmayaraq, Kürasao artıq sübut edib: əgər məqsəd qoyulubsa və ona addım-addım irələnirsə, kiçik bir ölkə də dünyada ən güclülər arasında yer ala bilər.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:08

Bavariya: Börsüsiya ilə 2:2 başa çatan oyunda üç futbolçu zədə adalar evləndi

Digər
Bu gün, 12:53

Fərid Qayıbov: “Qələbə qaçışı”nda 2000-dən çox iştirakçı

Digər
Bu gün, 12:48

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Futbol
Bu gün, 12:47

Neftçi Şamaxı ilə matçda "Əfsanə zolaqlı" ev formasını geyinəcək

Futbol
Bu gün, 12:30

Kaka, Karlo Ançelotti və Rud Qullit Milanın Şöhrət Zalına daxil edildilər

Futbol
Bu gün, 12:29

Luka Modriç 2026 sonrası futbol kariyerine davam etməyə qərar verdi

Futbol
Bu gün, 12:18

Qalatasaray Rusiyadan üç futbolçu transfer etməyi planlaşdırır

Şahmat
Bu gün, 12:07

Azərbaycan Şahmat Çempionatı: Kişi və Qadınlar üzrə Qaliblər Açıqlanıb

Futbol
Bu gün, 12:00

Manchester United rəhbərliyi məşqçini dəyişdirməyəcək

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Amerikalı üzgüçü Keyt Duqlas 100m sərbəst hovuzda yeni dünya rekordunu yaratdı

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Futbol
Bu gün, 11:27

Zədələr Karyera Zirvələrini Geri Çəkməkdə

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Oxşar xəbərlər