II Liqada çıxış edən "Kür-Araz" klubunun futbolçusu Asim Quliyev 4 oyunluq cəza alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Oyunçu IX turda "Qaradağ Lökbatan"la matç bitdikdən sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib.
"Kür-Araz" isə 1000 manat cərimə olunub.