"Barselona" və İspaniya millisinin 19 yaşlı müdafiəçisi Pau Kubarsi bəzi futbolçuların dil maneəsi səbəbindən baş məşqçi Hans-Diter Fliki həmişə başa düşmədiklərini söyləyib.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, futbolçu almaniyalı mütəxəssisin əsəbiləşəndə fərqli dillərdə danışdığını qeyd edib:
"Əsəbiləşəndə almanca və ya ingiliscə danışır. Sakit olanda isə bəzən ispanca bir-iki söz deyir. Biz başa düşmürük, amma səsinin tonundan hər şey aydın olur".
Qeyd edək ki, 61 yaşlı Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. O, Kataloniya klubu ilə iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və iki dəfə Superkuboku qazanıb.
Kubarsi cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.