"Sabah"ın məşqçilər korpusunda dəyişiklik baş verib. Bu barədə Sport24.az-a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov "bayquşlar"dan ayrılıb. Həmidov Kovalyovun öz istəyi ilə işindən getdiyini vurğulayıb: "Vitali Kovalyov özü rəhbərliyə müraciət edərək kollektivdən ayrılmaq istədiyini bildirdi. Onun istəyinə müsbət qarşılıq verildi"
Qeyd edək ki, artıq Kovolyovu kimin əvəzləyəcəyi də məlumdu. Bu günədək "Sabah"ın futbol akademiyasında çalışan Elçin Cəfərov əsas komandanın məçqilər korpusunda yer alacaq.