top
Krunoslav Renduliçin istəyi: Növbəti oyunda Neftçi ilə olsun Sport24.az
27 oktyabr 2024, 19:30
- ↺ +

Krunoslav Renduliçin istəyi: "Növbəti oyunda "Neftçi" ilə olsun"

Azərbaycan Premyer Liqasının XI turunun "Sabah" - "Neftçi" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Futbolçularımı təbrik edirəm. Həqiqətən, bu gün yaxşı mübarizə apardılar. Son saniyəyə qədər inadkar, keyfiyyətli oyun göstərdik. Amma əfsuslar olsun ki, qol imkanlarından yararlana bilməyəndə qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir, amma onu da boşa verəndə qələbə gözləmək çətin olur. Bu gün iki xal itirdik. Qələbəyə daha yaxın idik. Birinci saniyədən sonra qədər yaxşı oynadıq, xüsusilə də, ikinci hissə. İki xal itirdik, ancaq ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan növbəti oyun haqda düşünəcəyik.

 

- Bu mövsüm ancaq "Neftçi" ilə oyunlarda qol buraxmamısınız. Ancaq bu komanda ilə oynamaq lazımdır ki, qol buraxmayasınız?

- Federasiyaya müraciət edəcəyik ki, növbəti oyun da "Neftçi" ilə olsun (gülür). Amma bu, mümkün deyil.  

 

- 4 oyundur, qələbə qazana bilmirsiniz. Bu seriyanın qırılması üçün zaman lazımdır, ya sadəcə enişdir?

- Bu hallar futbolun bir parçasıdır. Son 4 oyunda daha çox xallara layiq idik. Hər oyun qələbə qazanacağıq deyə təminat vermək olmur. Ümid edirəm ki, növbəti oyunda qələbə qazanıb, birlikdə qeyd edəcəyik.

 

- Sofian Çaklanın oynamamasının səbəbi nədir?

- Zədəli idi və iki həftə oynamadı. Onu əvəz edən İqor yaxşı çıxış edir. Dünən də xəstələndiyi üçün iştirak ərizəsinə daxil edilmədi.

 

- Üç xal üçün yaxşı oyun kifayət edərdisə, turnir cədvəlində yuxarı sıralarda olardınız?

- Bundan öncə sadəcə zarafat etmək istədim. Hər matç yaxşı oyuna ehtiyacımız var. Pis oynasan, xal qazana bilmirsən. Müsbət məqamlardan biri bu gün qol buraxmamağımızdır.

 

- Avrokuboklar zonasının təhlükəyə girdiyini düşünürsünüz?

- Yanvara qədər hələ çox var. Daha çox xal qazanmalıyıq. İndiki məqamda bundan razı deyiləm. Oyunçularımdan razıyam, amma bu gün bəxtimiz gətirmədi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Oxşar xəbərlər