top
Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi Idman.biz
Bu gün, 18:18
- ↺ +

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun yığma komandadakı karyerasını başa vurmaq qərarının yeni təfərrüatları üzə çıxıb.

İdman.Biz "A Bola" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu qərarını sosial şəbəkələrdə elan etməzdən əvvəl Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensanı məlumatlandırıb. Lakin millinin baş məşqçisi Jorje Jezuşla bu barədə danışmayıb.

Məlumata görə, Ronaldu noyabrın 6-da açıqlanacaq heyətə dəvət alacağını əvvəlcədən bilib. Jezuş təcrübəli futbolçunun yığmaya hələ də fayda verə biləcəyini düşünür və onu UEFA Millətlər Liqasının qarşıdakı iki oyunu üçün heyətə çağırmağı planlaşdırıb.

Lakin portuqaliyalı ulduz Jezuşun rəhbərliyi altında milliyə qayıtmaq istəmədiyindən qərarını heyət açıqlanmazdan bir gün əvvəl elan edib.

Bildirilir ki, Ronaldu ilə baş məşqçi sonuncu dəfə sentyabrın 30-da danışıblar. Həmin gün futbolçu, Jezuş və Proensa arasında görüş keçirilib. Ronaldu daha sonra milli komandanın düşərgəsini tərk edib. O vaxtdan tərəflər arasında heç bir danışıq olmayıb.

Bu səbəbdən futbolçunun yığma karyerasını başa vurması baş məşqçi üçün gözlənilməz olub.

Nə Jezuş, nə də Proensa Ronaldunun milli komandadan bu şəkildə ayrılmasını istəyib. Lakin onlar hücumçunu qərarından döndərə bilməyiblər. Nəşrin məlumatına görə, Ronaldu Portuqaliya millisindəki karyerasını ehtiyat oyunçu kimi deyil, əsas heyət üzvü statusunda başa vurmaq istəyib.

Bu qərarla Ronaldu karyerasındakı 1000-ci qolu Portuqaliya millisinin formasında vurmaq arzusundan da imtina edib. Bununla belə, təcrübəli hücumçu həmin göstəriciyə çatana qədər klub səviyyəsində çıxışını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Ronaldu sentyabrın 30-da milli komandanın düşərgəsini tərk etdikdən sonra yığmanın heyətində meydana çıxmayıb. Onun Jezuşla fikir ayrılığı Norveçlə UEFA Millətlər Liqası görüşündə ehtiyatda qalmasından sonra yaranıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:13

İspaniyada futbolçu 18 yaşlı hakimi hücum etdikdən sonra 1 illik disvalifikasiya edildi

Futbol
Bu gün, 17:08

Portuqaliya Milli Komandası Kriştianu Ronaldu üçün xüsusi vida tədbiri keçirməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Oxşar xəbərlər