Kriştianu Ronaldunun biznesi sürətlə böyüməkdə davam edir və o, hazırda Madriddəki hotelində işləmək üçün əməkdaşlar toplayır. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, artıq vakansiyaların və onlara veriləcək maaşlar mətbuatda dərc olunub.
"Pestana CR7" hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, resepsionist və kiçik ofisiant lazımdır. Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur.
Menecer vəzifəsi üçün maaş ayda 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).
İşçilərə pulsuz yemək, tibbi sığorta, obyektin xidmətləri üzrə güzəştlər və ildə 50 gün tətil verilir