top
Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi Idman.biz
Bu gün, 12:13
- ↺ +

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol komandasının hücumçusu Kriştiano Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Erik ten Haqın onun haqqında səsləndirdiyi tənqidlərə münasibət bildirib.

İdman.Biz "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçunun reaksiyasını britaniyalı jurnalist Pirs Morqan "Football Uncensored" verilişində açıqlayıb.

Morqanın sözlərinə görə, Ronaldu keçmiş məşqçisinin fikirlərinə əhəmiyyət vermədiyini bildirib.

"Mən Kriştianodan bu barədə soruşdum. O isə ten Haqın haqqında danışmağa dəyməyən biri olduğunu söylədi", - deyə jurnalist bildirib.

Qeyd edək ki, niderlandlı mütəxəssis bir müddət əvvəl Ronaldunun "Mançester Yunayted"dəki ikinci dövrünü tənqid edib. O, portuqaliyalının artıq əvvəlki səviyyədə çıxış edə bilmədiyini söyləyib.

"Şübhəsiz, Kriştiano dünyanın ən yaxşı futbolçularından biridir. Amma reallıq budur ki, o, son yeddi-səkkiz ildə gözlənilən səviyyədə çıxış edə bilməyib. "Yuventus"dan sonra hər şey bitdi", - deyə ten Haq bildirib.

Morqan isə Ronaldunu müdafiə edərək onun "Mançester Yunayted"dəki son tam mövsümündə İngiltərə Premyer Liqasında 18, UEFA Çempionlar Liqasında isə altı qol vurduğunu xatırladıb.

Jurnalist hesab edir ki, portuqaliyalı hücumçu komandada daha iki-üç il qalaraq çoxlu qol vura bilərdi. Onun fikrincə, ten Haq futbolçuya hörmətsiz münasibət göstərib.

Xatırladaq ki, Ronaldu ilə ten Haq arasındakı münasibətlər 2022-ci ildə ciddi şəkildə gərginləşib. Portuqaliyalı futbolçu həmin ilin noyabrında Morqana verdiyi müsahibədə baş məşqçiyə hörmət etmədiyini və klub tərəfindən xəyanətə uğradığını bildirib. Bundan sonra "Mançester Yunayted" onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər