Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunun "Əl-Nəsr" "Əl-Feyha"nı qonaq edib.
İdman.Biz bildirir ki, meydan sahibləri 2-1 hesabı ilə qalib gəlib.
13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Hasson hesabı açıb. 37-ci dəqiqədə "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo fransız Kinqsli Komanın ötürməsindən sonra hesabı bərabərləşdirib. 90+14-cü dəqiqədə Ronaldo dubl edərək komandasına qələbə qazandırıb.
Bu, Ronaldonun karyerasında 951-ci və 952-ci qolları olub.
Yeddi turdan sonra "Əl-Nəsr" 21 xalla Səudiyyə Ərəbistanı Liqasının turnir cədvəlində birinci yerdədir. "Əl-Feyha" isə səkkiz xalla 10-cu yerdə qərarlaşıb.