Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo daha bir mükafata layiq görülüb. Sport24.az "A Bola"-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu Portuqaliya Futbol Federasiyasının "Quinas de Platina" mükafatına layiq görülüb.
Mükafatın təqdimetmə mərasimi noyabrın 11-də baş tutub. "Quinas de Platina" federasiyanın ən nüfuzlu mükafatıdır. Ronaldo onu Portuqaliya millisinə verdiyi töhfəyə görə alıb. O, millinin heyətində 216 oyun keçirib və 133 qol vurub.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında forma geyinir. Onunla "Əl-Nəsr" arasındakı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.