İtaliyanın "Milan" klubunun və ABŞ yığmasının hücumçusu Kristian Pulişiç zədələnib.
"Report" "Prosoccerwire" portalına istinadən xəbər verir ki, futbolçu millinin heyətində Avstraliyaya qarşı keçirdikləri matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb.
Sözügedən matç amerikalıların 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Pulişiç 2023-cü ildən "Milan"da çıxış edir.