"Neftçi"nin ortaq məxrəcə gəldiyi rumıniyalı futbolçu Kristian Kostin artıq "ağ-qaralar"ın düşərgəsindədir. Bu barədə Sport24.az-a kluba yaxın olan mənbədən məlumat verilib.
O, Bakı təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.
27 yaşlı oyunçu 2023-cü ildən Buxarestin "Dinamo" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb.
Kostin universal oyunçu hesab olunur — o, həm sağ cinah müdafiəçisi, həm də eyni cinahda vinger kimi oynaya bilir.