top
Kristian Avraam: “Qarşıdakı illərdə Azərbaycan çempionatına maraq daha da artacaq” Sport24.az
11 avqust 2024, 09:50
- ↺ +

Kristian Avraam: “Qarşıdakı illərdə Azərbaycan çempionatına maraq daha da artacaq”

Misli Premyer Liqasının II turu çərçivəsində baş tutan "Araz-Naxçıvan" – "Şamaxı" matçından sonra (1:0) meydan sahiblərinin qapıçısı Kristian Avraam Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Moldovalı qolkiper həm komandasının mövsümdə ilk qələbəsini şərh edib, həm də burdakı həyatı barədə danışıb.


- Mövsümdə ilk qələbənizi qazandız. Təəssüratların maraqlıdı...
- Meydandan qələbəylə ayrılmaq həmişə xoşdu. "Şamaxı" ilə oyuna maksimum ciddi hazırlaşmışdıq. Sevinirəm ki, bu gün əziyyətimizin bəhrəsini gördük və 3 xal qazandıq.

 

- Komandanda ən yaxşılardan idin, bir neçə seyvlə rəqibin sevinməsinə mane oldun. Ötən ilki Kristianın performansı ilə indiki arasında hər hansı fərq var?  
- Bu suala məşqçilər korpusunu daha dəqiq cavab verə bilər. Mən isə qarşıma bacardığım qədər üzərimdə çalışıb daha yaxşı formada olmağı məqsəd qoymuşam. Ona görə də məşqlərdə tər tökməklə məşqçilərin tapşırıq və göstərişlərini səylə yerinə yetirirəm.

 

- Bu mövsüm qarşınıza hansı hədəf qoyulub?
- Hələ çempuonat yeni başlayıb. Kollektivimiz yeni oyunçular çoxdu. Hələ bir-birimizə tam uyğunlaşmamışıq. Amma ümumi götürəndə oyun planında artırmaqla maksimum irəli getmək istəyirik.

 

- Cari mövsümü necə xarakterinə edərdin?
- Çempionatda yaxşı rəqabət var. Fikrimcə, elitanın səviyyəsi ilbəil inkişaf edir.
Maliyə və peşəkarlaşma baxımından artım görürəm. Məncə, qarşıdakı illərdə Azərbaycan çempionatına maraq daha da artacaq.

 

- Azərbaycanda özünü rahat hiss edirsən?
- Bir insanın rahat yaşaması üçün ölkənizdə hər cür şərait var. Azərbaycanlıların əksəriyyətinin rus dillini bilməsi işimə yarayır. Demək olar ki, hamı rahat ünsiyyət qura bilirəm. Xalqınız da istiqanlıdı. Ümumi götürəndə, həm yaşamaq, həm də futbol oynamaq üçün Azərbaycan əlverişli ölkədi.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər