top
Koxalski Vidzevə getmək istəyib, amma Qarabağ razı olmayıb Sport24.az
11 fevral 2026, 20:05
- ↺ +

Koxalski "Vidzev"ə getmək istəyib, amma "Qarabağ" razı olmayıb

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, 25 yaşlı polşalı qolkiper "przegladsportowy.onet.pl" saytının suallarını cavablandırıb:

 

Doğrudur ki, Çempionlar Liqasında debütündən əvvəl yarım gün evdə bu turnirin himnini dinləyirdin?

- Debütdən bir neçə gün əvvəl hər gün kifayət qədər tez-tez açıb dinləyirdim. Bununla həmin melodiyaya öyrəşmək istəyirdim ki, stadionda eşidəndə şok yaşamayım. ÇL himnində həmişə xüsusi, təntənəli bir aura olub. Bu musiqini uşaq vaxtımdan xatırlayıram və hər dəfə mənə böyük təsir göstərirdi.

 

- Karyeranın getdiyi tempə çata bilirsən?

- Deyəsən artıq buna öyrəşmişəm. Çempionlar Liqasında oynadığıma görə hər şeyin sürətlə getdiyini bilirəm. Amma əslində hələ çox arzularımı reallaşdırmamışam. Polşa millisində debüt, Premyer Liqada və Avropanın top-klublarından birində oynamaq arzularım var. Ümumilikdə isə bu temp mənə uyğundur və belə yüksək qalmasını istəyirəm.

 

- Polşadan yeni ayrılmışdın, artıq Avropa Liqasında "Tottenhem" və "Ayaks"la qarşılaşırdın. Bu mövsüm isə daha yüksək səviyyədəsən - Çempionlar Liqasında. "Napol"i, "Çelsi", "Benfika" ilə oynadın, Liqa mərhələsinin son turunda "Enfild"də "Liverpul"la matçda meydana çıxdın. Üstəlik, "Qarabağ"la pley-offa çıxdınız və sizi "Nyukasl"la oyunlar gözləyir. Bu sıçrayışı psixoloji baxımdan necə idarə edirsən?

- Matçlar barədə çox narahat olmuram, çünki nə bacardığımı, nə edə biləcəyimi və komandaya necə kömək edəcəyimi bilirəm. Mənim əsas prinsipim belədir: bacarmadığın şeyi süni şəkildə göstərməyə çalışma. Meydanda yalnız mənə aid olan işi görürəm. Bu da stress və təzyiqi azaldır.

 

- Həqiqətən sənin üçün rəqibin kim olması fərq etmir?

- Etmir. Etiraf etmək bəlkə də qəribə səslənər, amma artıq öz oyunlarımdan başqa matçları çox izləmirəm. Bu yaxınlarda "Çelsi" ilə oynadıq. Onların əsas heyətinin üçdə birini saya bilmədim. Amma məsələn, 2010-cu ildə "Çelsi"nin 15 futbolçusunu birnəfəsə saya bilərdim. Əgər Messi və Ronaldinyolu "Barselona" ilə oynasaydım, bəlkə bu mənə böyük təsir edərdi. Amma indi hər oyuna eyni yanaşma ilə çıxıram.

 

- "Napoli" ilə matçdan sonra Azərbaycan mətbuatı sənin haqqında "bu insan deyil!" yazmışdı...

- Belə sözləri oxumaq xoşdur. Bu, Çempionlar Liqasında ən sevdiyim oyunumdur. Düzdür, qalib gəldiyimiz ssenarini və heç kimin mənim haqqımda danışmamasını daha çox istəyərdim. Amma 0:2 hesablı məğlubiyyətə baxmayaraq yaxşı oynadım. Bir neçə yaxşı seyv etdim, penalti də qaytardım. Buraxdığımız qollarda isə çox şey edə bilməzdim. Şəxsi performansım müsbət idi.

 

- 2023/24 mövsümündə Ekstraklasanın ən yaxşı qapıçısı niyə Azərbaycana gəldi? Daha cəlbedici variantlar yox idi?

- Bakıya ilk təklifi 2024-cü ilin mayında aldım, avqustda isə ora getdim. Bu, çox tərəddüd etdiyimi göstərir. Ümid edirdim ki, Belçika və ya Hollandiyadan kimsə maraqlanar. Amma reallıq budur ki, "Qarabağ"dan başqa variant yox idi. Sonda bunun maraqlı çağırış olacağını düşündüm. Bu gün deyə bilərəm ki, idman baxımından çox düzgün qərar idi.

 

- "Qarabağ"ın uğurunun sirri nədir?

- Şübhəsiz ki, baş məşqçi Qurban Qurbanovun rolu çox böyükdür. O, klubda 17 ildir çalışır. Çox tələbkardır və komandanın hücum futbolu oynamasını, yüksək pressinq etməsini istəyir. Bəzən məşqlərdə meydan oyunçularına topu qapıçıya ötürməyi qadağan edir. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, həmişə hücum etməliyik. Klubun çox güclü skautinq sistemi də var. Məsələn, Portuqaliyanın ikinci liqası və ya Braziliyadan istedadlı oyunçular tapırlar. Hamı bura özünü göstərmək və daha güclü liqaya keçmək üçün gəlir. Ona görə də hamı çox motivasiyalıdır.

 

- "Qarabağ" Azərbaycanın "Barselona"sıdır?

- Azərbaycanda belə adlandıranlar var. Xüsusilə ona görə ki, Qurban Qurbanov "Barselona"nın böyük azarkeşidir. Biz hücum futbolu oynayırıq və qısa ötürmələrlə oyunu qurmağı sevirik.

 

- Bakı futbolçunun özünü ulduz kimi hiss edə biləcəyi şəhərdir?

- Bəli, azarkeşlər futbolçuları tez-tez tanıyırlar və bu xoş anlar olur. Bəzən statusdan istifadə etmək də olar.

 

- Yəni restoranda pul ödəmirsən?

- Restoranda yox, amma məsələn, suvenir mağazasında və ya kafedə bəzən ödəməyə də bilərdim. Amma belə imtiyazlardan istifadə etmirəm, xüsusi münasibət istəmirəm. Heç vaxt məşhur olmaq istəməmişəm. Bakının özü çox təhlükəsiz və gözəl şəhərdir. Dəniz var, istirahət üçün tövsiyə edə bilərəm. Yeganə problem yollardır. Sürücülər sanki öz qaydaları ilə hərəkət edirlər. Mərkəzə maşınla getməyi dayandırmışam. Çünki çox stresslidir. Günün çox hissəsində tıxac olur. Siqnal vermək və işıq yandırıb-söndürmək adi haldır. Piyada keçidində də ehtiyatlı olmaq lazımdır. Maşınlar nadir hallarda dayanır.

 

- "Qarabağ"da qapıçı mövqeyində rotasiya davam edir?

- Son vaxtlar daha çox oynayıram, yəni vəziyyət bir qədər dəyişib. Polşa mediasına bunu tez-tez izah etməli oluram. Əgər əsas matçlarda, yəni Avropa Liqasında və ya Çempionlar Liqasında mən oynayıramsa, deməli, ikinci qapıçı deyiləm. Məşqçi sadəcə heyəti rotasiya etməyi sevir.

 

- "Stal"da bir mövsümdə əsas heyətdə oynadıqdan sonra necə belə böyük sıçrayış etdin?

- Komandada əla atmosfer var idi. Məşqçilər korpusuna güvənirdim. Qapıçılar üzrə məşqçi Kamil Beşçinski ilə çox yaxşı anlaşırdım. Bundan əlavə, əvvəlki iki ildə ehtiyatda qalırdım. Ona görə də Ekstraklasada oynamaq şansı gələndə özümü göstərmək üçün çox motivasiyalı idim. 2021-ci ilin yayında Ekstraklasada debütə üç gün qalmış bu şans əlimdən alındı. "Legiya"da mənə dedilər ki, Artur Boruç hər oyunda oynamayacaq və onu əvəzləyəcək qapıçı lazımdır. Amma sonra məlum oldu ki, mən ikinci yox, üçüncü qapıçıyam. Bir il ehtiyatda qaldıqdan sonra agentlərimə dedim ki, klub dəyişmək istəyirəm. Beləliklə "Stal"a keçdim. Amma orada da əvvəlcə ehtiyatda qalmalı oldum. Mən həmişə öz bacarıqlarıma inanmışam. Ən çətin anlarda belə təslim olmamışam. Çempionlar Liqasında oynamağı buna görə bir növ mükafat hesab edirəm.

 

- Yeni menecer agentliyinə keçmisən. Bu yay transfer ola bilər?

- Həmişə hər şeyə hazır olmağa çalışıram. Bunun nəyinsə siqnalı olub-olmadığını demək istəmirəm.

 

- Qışda "Vidzev"ə keçə bilərdin...

- Bəli, təklif var idi və razılaşmışdım. Bakıda idman baxımından hər şey yaxşıdır, amma məşqdən sonra evə qayıdıram və tək oluram. Futbol çox vacibdir, amma ailəm həmişə birinci yerdədir. Ailədən uzaq olmaq mənə psixoloji cəhətdən çətindir. Buna görə "Vidzev"in təklifini qəbul etmişdim. Amma "Qarabağ" razılaşmadı. Komanda üçün vacib oyunçuyam, bunu başa düşürəm. "Borussiya"dan təklif olması barədə xəbərlər isə doğru deyil.

 

- 2026-cı il üçün hədəflərin nədir?

- "Qarabağ"la Çempionlar Liqasında mümkün qədər irəli getmək, karyeramda növbəti addımı atmaq. Ən böyük arzularımdan biri isə Polşa millisində debüt etməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Bu gün, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
Dünən, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Futbol
Dünən, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
Dünən, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
Dünən, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
Dünən, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
Dünən, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Futbol
Dünən, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Güləş
Dünən, 17:03

Azərbaycanda çimərlik güləşinin Dünya Seriyası finalı üçün heyət açıqlanıb

Basketbol
Dünən, 16:18

"Sumqayıt" klubunun Elçin Salmanzadə ilə bir illik müqaviləsi

Qarabağ FK
Dünən, 15:00

U-16 milli komandamızın 22 futbolçusunun dəvət siyahısı

Boks
Dünən, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Minifutbol
Dünən, 14:38

“Zirə” minifutbol Çempionlar Liqasının G qrupunda ilk qələbəsini qazandı

Futbol
Dünən, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Dünən, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Dünən, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Dünən, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Dünən, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Dünən, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Dünən, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Dünən, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
23 sentyabr 2026, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
23 sentyabr 2026, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Oxşar xəbərlər