Kölnün qatar stansiyasında Dortmund "Borussiya"sı ilə "Şalke" azarkeşləri arasında kütləvi dava baş verib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Hər iki klubun fanatları şənbə günü səhər tezdən stansiyada üz-üzə gəliblər. "Borussiya" azarkeşləri "Auqsburq"la (1-0) səfər oyunundan qayıdarkən, "Şalke" azarkeşləri dünən keçirilən "Karlsrue"lə (1-2) ilə oyuna gedirmişlər.
Federal polisin məlumatına görə, davada hər iki klubdan ümumilikdə 340 fanat iştirak edib, bir polis əməkdaşı yaralanıb.