Millətlər Liqasının V çərçivəsində yarımçıq qalan Rumıniya - Kosovo matçı üçün qərar verilib. Sport24.az xəbər verir ki, bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, Kosovo millisinə texniki məğlubiyyət verilib və 6 min avro cərimə olunub. Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da tamaşaçısız keçirəcək.
Qeyd edək ki, noyabrın 15-da baş tutan görüşdə 90+3-cü dəqiqədə matç dayandırılmışdı. Buna səbəb rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi olub. Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydanı tərk ediblər çıxıblar və Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovalı Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub.