top
Kosovo çempionunun məşqçisi: Qarabağın uğurunun sirri sabitlik və səbirdir - MÜSAHİBƏ Idman.biz
24 avqust 2025, 16:10
- ↺ +

Kosovo çempionunun məşqçisi: "Qarabağ"ın uğurunun sirri sabitlik və səbirdir" - MÜSAHİBƏ

Kosovo çempionatının son qalibi və ölkənin hegemonlarından olan "Drita" klubunun ikinci məşqçisi Sedat Saininin Sportal.az-a müsahibəsi

- "Drita" Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Differdanj"a 2:1 qalib gəldi. Əsas mərhələyə vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- "Drita"da indi hər şey yolundadır. Komandanın daxilində çox yaxşı ab-hava var. Ötən mövsüm çempion olmuşduq. Bu mövsümdə də hədəfimiz yenə də çempionluqdur. Çempionlar Liqasının birinci mərhələsində də "Differdanj"la qarşılaşmışdıq və hər iki oyunu qalib gələrək, Kosovo futbol tarixində ilk dəfə ÇL-də mərhələ adladıq. Bu, həm klub, həm də ölkə futbolu üçün xüsusi və tarixi uğur idi. "Kopenhagen" və FKSB kimi Avropanın köklü komandaları ilə qarşılaşdıq. Doğrudur, istədiyimiz nəticələri əldə edə bilmədik. Lakin bu matçlar bizə böyük təcrübə qazandırdı. İndi də Konfrans Liqasında pley-off turunda "Differdanj"la qarşılaşdıq, ilk oyunu udmuşuq. Lakin qarşıda cavab görüşü var. Rəqib çox intizamlı və sıx müdafiə olunan komandadır. Hədəfimiz qruplara qalmaqdır. Bunun üçün ikinci görüşdə də meydanda tam gücümüzü qoyacağıq. "Drita" olaraq sadəcə klub üçün deyil, Kosovo futbol üçün də tarix yazmaq istəyirik.

- Hazırda Zekeriyye Ramadani ilə çalışırsınız. Sizə Azərbaycan klublarından təklif olub?

- Ramadani ilə çox xüsusi harmoniya tapmışıq. Onun futbol biliyi, baxışı və təcrübəsi həqiqətən mənə çox şey qatır. Kosovoda 4 fərqli komanda ilə çempionluq yaşamış baş məşqçi ilə işləmək böyük şansdır. Onunla hər gün yeni şeylər öyrənirəm. Meydanda və paltardəyişmə otağında təcrübəsindən faydalanıram. Düzü, indiyə qədər Azərbaycandan təklif almamışıq. İndi də bütün fikrim və enerjimi "Drita"nın uğurlarına yönəltmişəm. Amma təbii ki, bu, futboldur, düzgün layihələri və hədəfləri olan komanda olsa, gələcəkdə Azərbaycanda işləmək barədə düşünməyə şad olardıq.

- Hər ikiniz də "Qarabağ"ın formasını geyinmisiniz. Heç zaman-zaman "Qarabağ" haqda danışırsınız?

- Əlbəttə. Hər ikimiz üçün "Qarabağ" sadəcə keçmiş klubumuz deyil, həm də unudulmaz xatirələri olan bir yerdir. Azərbaycan kubokunu qazanmışdıq. Ara-sıra "Qarabağ"dakı günlərimizə qayıdırıq, bu klub haqda danışırıq.

- "Drita"da və ya əvvəllər çalışdığınız başqa klubda "Qarabağ"ın sistemini formalaşdırmağa çalışmısız?

- Hər klubun özünəməxsus strukturu, mədəniyyəti və imkanları var. Sistemlər bu dinamikalara uyğunlaşaraq formalaşır. Kosovodakı klublar yerli şəraitə və resurslara əsaslanaraq ən səmərəli sistemi tapmalıdır. "Drita" olaraq, biz Kosovo çempionatının çətin şərtlərində ayaqda dayanmaq və birinci yer uğrunda mübarizə aparmaq üçün öz strategiyamızı inkişaf etdirdik. Hər klubun özünəməxsus DNT-si var. Bizim əsas qayğımız Kosovo şəraitində ən uğurlu sistem qurmaq və komandamızı gücləndirmək idi. "Qarabağ"ın uğuru təkcə taktiki yanaşma deyil, həm də sabitlik və inkişaf fəlsəfəsidir. "Drita"da biz ardıcıl inkişaf və uğur əldə edərək bu fəlsəfəni özümüzə uyğunlaşdırmağı hədəfləyirik.

- "Qarabağ" haqda fikrin necədir? Onlar Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la ilk görüşündə 3:1 qalib gəldilər...

- "Qarabağ" həqiqətən stabil klubdur. Uzun illər eyni məşqçinin olması onlara ciddi üstünlük verir. Onlar qarşılarına həmişə yüksək məqsədlər qoyurlar və düzgün struktur sayəsində ildən-ilə təkmilləşirlər. Ona görə də Avropadakı bu nəticələrin təsadüf olduğunu düşünmürəm. "Qarabağ" ardıcıllığın və sağlam planlaşdırmanın nəticəsidir.

- Qurban Qurbanovla danışırsınız?

- Təəssüf ki, Qurban müəllimlə əlaqə saxlamaq fürsətim olmadı, görüşə bilmədik. "Şkendiya" matçı zamanı onlara baş çəkməyi planlaşdırmışdım. Lakin həmin həftə Rumıniyada matçımız var idi. Bir neçə gün əvvəl Buxarestə getmişdik, ona görə də Skopyedə onları ziyarət edə bilmədim. Mən ilk fürsətdə mütləq onu ziyarət etmək istəyirəm.

- Səncə, "Qarabağ" "Ferentsvaroş"u Bakıda da məğlub edə biləcək?

- "Qarabağ" səfərdən çox sərfəli nəticə ilə qayıtdı. "Ferentsvaroş" güclü komandadır. Amma məncə, "Qarabağ" bu səviyyədə artıq təcrübəlidir. Doğma meydanda böyük dəstəklə oynayacaqlar. Bu da böyük üstünlükdür. Onların atmosferi həmişə rəqiblər üçün çətin olur. Nə qədər ki, onlar düzgün konsentrasiya ilə oynayacaqlar, inanıram ki, bu raundda irəliləyib qrup mərhələsinə vəsiqə qazanacaqlar. Açığı, "Qarabağ"ın evdə belə imkandan asanlıqla imtina edəcəyini düşünmürəm.

- "Qarabağ" ardıcıl 12 ildir ki, avrokuboklarda əsas mərhələdə çıxış edir. Azərbaycanda onlardan savayı, başqa klub bunu bacara bilmir. Səncə, "Qarabağ"ın üstünlüyü nədədir?

- Düşünürəm ki, "Qarabağ"ın ən böyük fərqi onların sabitlik və səbirdir. Uzun illərdir eyni məşqçi ilə işləyirlər, Qurban Qurbanov postundadır. Bu, Avropa futbolunda nadir hallardandır. Qurban Qurbanovun oyuna yanaşması, futbol fəlsəfəsi kluba tamamilə kök salmış durumdadır. Düzgün quruluş sayəsində yalnız bir mövsümə deyil, uzunmüddətli planlara diqqət yetirirlər. Həmişə qarşılarına yüksək məqsədlər qoyurlar və hər il onları təkmilləşdirirlər. Təəssüf ki, digər klublar daimi dəyişiklik yaşayır, məşqçilər dəyişir, heyətlər dəyişir, hətta klubun məqsədləri də dəyişə bilir. "Qarabağ" isə səbirlə eyni sistemin arxasında dayandı, oyunçularının inkişafına sərmayə qoydu və hər mövsüm Avropa təcrübəsinə artırdı. Nəhayət, onların hazırkı uğurları artıq təsadüf deyil. Tamamilə planlı və intizamlı yanaşmanın məhsuludur. "Qarabağ"ın formalaşmış sistemi var ki, onu ardıcıl olaraq Avropa səhnəsində saxlayır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Futbol
Bu gün, 15:46

Mançester Yunayted, İtalyan Atalanta qapıçısı Marko Karnesekini transfer etməyi düşünür

Futbol
Bu gün, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Futbol
Bu gün, 15:30

Al‑İttihad Youssef En‑Nesirini 15 milyon dollara transfer etməyə hazırlaşır

Qarabağ FK
Bu gün, 15:26

Əli Səmədov: “Qarabağ”la evdə üz-üzə gələndə qalib gəlməyə çalışacağıq - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:06

Manchester United Luk Şounun 12 illik xidmətini bitirir

Futbol
Bu gün, 15:00

“Zirə” ilə “Qəbələ” arasında 6 oyunluq həsrət davam edir

Qarabağ FK
Bu gün, 14:48

Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik

Futbol
Bu gün, 14:30

Mançester Yunayted yanvarda Dominik Kalvert-Lyuin, Yan-Filip Mateta və İvan Touni arasından hücumçu transferini planlaşdırır

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Oxşar xəbərlər