İngiltərəli həkim-kosmetoloq Roşan Ravindra portuqaliyalı hücumçu Kriştiano Ronaldonu məhkəməyə verib. Sport24.az xəbər verir ki, kosmetoloq 2021 və 2022-ci illərdə "Mançester Yunayted"də oynayan zaman Ronaldonun kosmetik xidmətlər aldığı, ancaq ödəniş etmədiyini iddia edib.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Ronaldonun kosmetoloqa 40 min funt-sterlinq ödəməli olduğunu bildirilir.
Doktor Roşanın xidmətlərindən tanınmış siyasətçilər, kral ailəsinin üzvləri və Hollivud aktyorları istifadə edir.