top
Konyaspor Bakı məktəbinin təsisçisi: Məqsədimiz azərbaycanlı futbolçuları Türkiyəyə göndərməkdir Idman.biz
01 dekabr 2025, 14:10
- ↺ +

"Konyaspor" Bakı məktəbinin təsisçisi: Məqsədimiz azərbaycanlı futbolçuları Türkiyəyə göndərməkdir

"Məktəbimizdə 100-dən çox uşaq var. Müxtəlif yaş qrupları üzrə məşqlər hər gün keçirilir".

Bunu "Konyaspor" klubunun Bakıda fəaliyyət göstərən futbol məktəbinin təsisçisi Nihad Ələsgərov AZƏRTAC-a müsahibəsində deyib.

O, futbol məktəbinin fəaliyyəti, planları və hədəflərindən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Özünüz haqda məlumat verərdiniz...

- Türkiyənin İstanbul şəhərində yaşamışam. Orada "Kuştepe" və "Beşiktaş"ın aşağı yaş qrupları üzrə komandalarında futbol oynamışam. Zədələndikdən sonra futbolçu karyerama son qoydum. Həmin dövrdə bir neçə serialın çəkilişlərində iştirak etdim. Daha sonra Türkiyədə məşqçilik fəaliyyətinə başladım. Azərbaycana isə 2020-ci ildə gəlmişəm və o vaxtdan məşqçilik fəaliyyətimi burada davam etdirirəm.

- Futbol məktəbini yaratmaq təşəbbüsü necə yarandı?

- Türkiyədə futbol adamları ilə tanışlıq imkanları qazanmışam. Oradakı komandalardan "Beşiktaş", "Qalatasaray" və "Fənərbağça" ilə dostluq və əməkdaşlıq əlaqələrim var. Bu yaxınlarda bir neçə oyunçumuzu seçmələr üçün Türkiyəyə göndərmişəm. Azərbaycanda futbol məktəbi açmaq barədə 3-4 ay əvvəl düşünmüşdüm. Konya şəhərinin insanlarının qonaqpərvərliyi və oradakı "Konyaspor" akademiyasının şəraiti mənə böyük təsir göstərmişdi. 2014-cü ildə Konya Stadionu dünyanın beş ən yaxşı arenası sırasına daxil edilmişdi. Bütün bunlar mənim üçün böyük ilham mənbəyi oldu. Klub rəsmiləri ilə əlaqə saxladıq və bizi yüksək səviyyədə qarşıladılar.

- Hazırda məktəbdə neçə uşaq məşq edir?

- Məktəbimizdə 100-dən çox uşaq var. Müxtəlif yaş qrupları üzrə məşqlər hər gün keçirilir.

- Məktəblə bağlı gələcəkdə hansı işləri görməyi hədəfləyirsiniz?

- Əsas məqsədimiz burada yetişən oyunçuları qardaş ölkəyə göndərməkdir. Rəsmi futbol məktəbimiz və müəyyən sistemimiz var. Yerli futbolçular üçün Türkiyəyə açılan futbol qapısı yaradırıq. Əlaqələrimiz vasitəsilə istedadlı oyunçuları Türkiyəyə yollayaraq orada transfer imkanları yaratmaq mümkündür.

- Gələcəkdə "Konyaspor"la futbolçu mübadiləsi nəzərdə tutulubmu?

- Hazırda belə planımız yoxdur. Uşaq futbolunda bəzi problemlərimiz mövcuddur. Bəzi oyunçular fiziki cəhətdən geri qalırlar. Türkiyə futbolunun bizdən daha üstün olduğunu demirəm, amma bəzi sahələrdə irəlidədirlər. Azərbaycanda stadion problemi də var. Məqsədimiz oradan deyil, buradan Türkiyəyə oyunçu göndərməkdir. Hər bir oyunçunun potensialını diqqətlə qiymətləndirir və onu Türkiyədəki futbolçularla müqayisə edirəm. Bu, burada yaxşı oynayan futbolçunun orada da yüksək səviyyədə oynayacağı anlamına gəlmir. Buna görə oyunçuları diqqətlə analiz edirik.

- Yanvarın 19-dan 23-dək Konya şəhərində keçiriləcək turnirdə iştirak edəcəksiniz. Qarşıda başqa hansı turnirlər var?

- Mart ayında da bir turnirə qatıla bilərik. Amma hələ dəqiqləşməyib. İlk növbədə Türkiyədəki turnirlərdə iştirak edəcəyik, daha sonra isə digər imkanlar və planlar barədə danışacağıq.

- "Konyaspor"un əsas komandasını Bakıya gətirmək fikriniz var?

- Məktəbimizin açılışı 2-3 ay öncə olmuşdu və həmin vaxt klubun direktoru burada idi. Bu ay Konyaya səfərimiz zamanı bizə əsas komandanın imzalı formalarını hədiyyə etdilər. Onları Bakıya dəvət etməyi planlaşdırırıq. Qəbul etsələr, çox gözəl olar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər