Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
İdman.biz xəbər verir ki, həftənin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Ötən həftə darmadağınla qalib gələn "Haken" və "Paksi" pley-offa vəsiqəni səfərdə rəsmiləşdirməyə çalışacaq. Mərhələnin digər qarşılaşmaları avqustun 14-15-də keçiriləcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
20:30. "Payde" – "Haken"
İlk oyun – 1:6
22:45. "Mornar" – "Paksi"
İlk oyun – 0:3
Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin matçları avqustun 22-də və 29-da keçiriləcək.
İdman.biz