Bu gün UEFA Konfrans Liqasında növbəti matçlar keçirilir.
İdman.biz xəbər verir ki, III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Sabah" Bolqarıstan "Levski"sini qəbul edir.
Valdas Dambrauskas baş məşqçisi olduğu komanda pley-offa yüksəlmək arzusundadır. Səfərdə məğlubiyyətə üzülən "Sabah" bunun üçün ancaq qələbə qazanmalıdır. Minimal hesablı qalibiyyət isə cütün taleyini əlavə vaxta daşıyacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
20:00. "Sabah" (Azərbaycan) – "Levski" (Bolqarıstan) - 0:0
Baş hakim: Mikola Balakin (Ukrayna)
"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
"Levski": 92. Svetoslav Vutsov, 21. Aldair Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 77. Borislav Rupanov, 99. Radoslav Kirilov
Baş məşqçi: Xulio Velaskes
Bakı, Bank Respublika Arena
İlk oyun: 0:1
Qeyd edək ki, cütün qalibi pley-offda "Vaduts" (Lixtenşteyn) - AZ (Niderland) duelinin güclüsü ilə qarşılaşacaq.
İdman.biz