top
Konfrans Liqası: Pley-off mərhələsinin cavab oyunları başa çatdı - YENİLƏNİR Idman.biz
27 fevral 2026, 02:05
- +

Konfrans Liqası: Pley-off mərhələsinin cavab oyunları başa çatdı - YENİLƏNİR

"Kristal Palas" (İngiltərə) və "Zrinski" (Bosniya və Herseqovina) arasında Konfrans Liqasının pley-off mərhələsinin ikinci oyunu "oynanılıb. Londondakı "Selhurst Park"da keçirilən oyun 2:0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

"Kristal Palas"ın müdafiəçisi Maksens Lakrua 36-cı dəqiqədə qol vurub. Yarımmüdafiəçi Evan Quessan artırılmış vaxtda "qartallar"ın üstünlüyünü artırıb.

Komandalar ilk oyunda 1:1 hesablı heç-heçə ediblər. Cavab oyununda 2:0 hesablı qələbə sayəsində ingilis klubu Konfrans Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Digər oyunlarda nəticələr belə olub:

"AZ Alkmaar" – "Noa" – 4:0

İlk oyunda "Noa" 1:0 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə görə, "AZ Alkmaar" növbəti mərhələyə adlayıb.

"Lex" – "KuPS" – 1:0

İlk görüşdə də qalib gəldiyi (2:0) üçün növbəti mərhələyə "Lex" vəsiqə qazanıb.

"Lozanna" – "Siqma Olomouts" – 1:2

İlk görüş 1:1 hesabı ilə bitdiyi üçün növbəti mərhələyə "Siqma Olomouts" keçib.

00:45

Çexiyanın "Viktoriya Plzen" klubu "Panatinaikos"u qəbul edib. Oyun 1:1 hesabı ilə bitib.

İlk qarşılaşma 2:2 hesabı ilə bitdiyindən, əlavə vaxt təyin olunub. Əlavə vaxtda qol vurulmayıb və komandalar münasibətləri penaltilərlə aydınlaşıblar. 4:3 hesabı ilə qalib gələn "Panatinaikos" mübarizəsini 1/8 finalda davam etdirəcək.

00:38

"Fiorentina" Polşanın "Yagelloniya" klubunu qəbul edib. Bu komandalar arasında ilk oyun İtaliya klubunun xeyrinə başa çatmışdı – 3:0.

İkinci oyunda əsasv vaxtda "Yagelloniya" 3:0 hesabı ilə qalib gəlib. Əlavə vaxtda "Fiorentina" iki,

"Yagelloniya" isə bir qol vurub. 4:2 hesablı qələbə Polşa komandasına növbəti mərhələyə çıxmağa kömək etməyib və "Fiorentina" 1/8 finala vəsiqə qazanıb.

00:04

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilir.

"Samsunspor" Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edib. Matç 4:0 hesabı ilə Türkiyə komandasının xeyrinə bitib.

Qolları Jül Olivye Ntçam (53), Şerif Ndiaye (71) və Marius Muandilmaci (79, 90+2) vurublar.

İlk oyunda da "Samsunspor" qələbə qazanmışdı – 1:0. Beləliklə, Türkiyə klubu Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanıb.

Digər oyunlarda nəticələr belə olub:

"Selye" – "Drita" – 3:2
İlk oyunda da 3:2 hesabı ilə qalib gələn "Selye" 1/8 finala yüksəlib.

"Rieka" – "Omoniya" – 3:1
İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Rieka" 1/8 finala çıxıb.

09:44

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Türkiyənin "Samsunspor" klubu Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı qəbul edəcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
26 fevral
21:45. "Fiorentina" (İtaliya) - "Yagelloniya" (Polşa)

İlk oyun - 3:0

21:45. "Samsunspor" (Türkiyə) - "Şkendiya" (Şimali Makedoniya)
İlk oyun - 1:0

21:45. "Tsele" (Sloveniya) - "Drita" (Kosovo)
İlk oyun - 3:2

21:45. "Riyeka" (Xorvatiya) - "Omoniya" (Kipr)
İlk oyun - 1:0

23:59. "Kristal Pelas" (İngiltərə) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:1

23:59. "AZ Alkmaar" (Niderland) - "Noa" (Ermənistan)
İlk oyun - 0:1

23:59. "Lozanna-Sport" (İsveçrə) - "Sigma" (Çexiya)
İlk oyun - 1:1

23:59. "Lex" (Polşa) - "KuPS Kuopio" (Finlandiya)
İlk oyun - 2:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Bu gün, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Futbol
Bu gün, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
Dünən, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
Dünən, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
Dünən, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
Dünən, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
Dünən, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Oxşar xəbərlər