top
Konfrans Liqası: Kiyev Dinamosunun böyük hesablı qələbəsi və digər oyunların nəticələri Idman.biz
07 noyabr 2025, 02:34
- ↺ +

Konfrans Liqası: Kiyev "Dinamo"sunun böyük hesablı qələbəsi və digər oyunların nəticələri

UEFA Konfrans Liqasının 3-cü turunda daha 9 oyun keçirilib.

İdman.Biz bildirir ki, Cəbəlüttariqin "Linkoln" klubu Norveçin "Riyeka" komandasını qəbul edib.

Oyun heç-heçəylə başa çatıb - 1:1.

Azərbaycan azarkeşlərinə yaxşı tanış olan Şimali Makedoniyanın "Şkendiya" komandası Polşanın "Yagelloniya"sını qonaq edib. Bu oyun da 1:1 hesabı ilə qurtarıb.

İsveçrənin "Lozanna" klubu ilə Kiprin "Omoniya" kollektivi arasında keçirilmiş görüşdə də eyni hesab qeydə alınıb - 1:1.

İsveçin "Hekken" klubu öz meydançasında Fransanın "Strasburq" komandasına uduzub - 1:2.

Avstriyanın "Rapid" klubu da öz meydançasında məğlubiyyətə uğrayıb - 0:1. Onların rəqibləri Rumıniyanın "Universitatya" komandası olub.

Turun digər oyununda İngiltərənin "Kristal Palas" klubu Niderlandın "AZ Alkmaar" komandasını qəbul edib. Matç meydan sahiblərinin xeyrinə qurtarıb - 3:1.

İspaniyanın "Rayo Valyekano" klubu ilə Polşanın "Lex Poznan"ı arasındakı oyun gərgin mübarizə şəraitində keçib. İspaniyalılar matçdan qalib ayrılıblar - 3:2.

İralndiyanın "Şelburn" komandası ilə Kosovonun "Drita" klubu arasındakı oyunda qeydə alınan nəticəni gözlənilməz saymaq olar. Belə ki, qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.

"Dinamo Kiyev"lə Bosniya və Herseqovinanın "Zrinski" klubunun arasındakı matçın nəticəsi ilə maraqlıdır. Ukrayna təmsilçisi rəqiblərinin qapısından 6 cavabsız top keçirib.

00:15

UEFA Konfrans Liqasının 3-cü turunda 9 qarşılaşma baş tutub.

İdman.Biz bildirir ki, Almaniyanın "Mayns" klubu İtaliyanın "Fiorentina" komandasını qəbul edib.

Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Kiprin "AEK Larnaka" kollektivi ilə Şotlandiyanın "Aberdin" klublarının görüşündə qapılara qol vurulmayıb.

Yunanıstanın "AEK Afina" klubu da öz meydançasında qalib gələ bilməyib. Onların İrlandiyanın "Şemrok Rovers" klubu ilə görüşü 1:1 hesabı ilə bitib.

Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" komandası İslandiyanın "Breydablik" komandası ilə qarşılaşıb. 28-ci dəqiqədə Artyom Bondarenko və 66-cı dəqiqədə Kayan Eliasın qolları "şaxtaçılar"a qələbə gətirib – 2:0.

Praqanın "Sparta"sı ilə Polşanın "Rakuv" klubu qalibi ayırd edə bilməyiblər – 0:0.

Polşanın digər klubu "Legiya" isə Sloveniyada "Tsele" ilə qarşılaşıb. Sloveniyalılar qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıblar.

Finlandiyanın "KuPS" komandası isə öz meydançasında Slovakiyanın "Slovan" klubundan üstün olub – 3:1.

Ermənistanın "Noa" klubu öz meydançasında məğlub olub. Onların rəqibləri Çexiyanın "Siqma Olomouts" kollektivi olub. Qarşılaşma 1:2 hesabı ilə bitib.

Axşamın ən böyükhesablı qələbəsi isə Türkiyədə qeydə alınıb. "Samsunspor" "Hamrun Spartans"ı məğlub edib - 3:0. Qolları Karlo Hols (18), Emre Kılınc (58) və Marius Muandilmaci (77) vurublar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər