İtaliya çempionatının 19-cu turunda "Komo" səfərdə "Piza"nı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, qonaqlardan ikinci hissədə Maksimo Perrone və Anastasios Douvikas (dubl) qol vurublar. Əsas hissənin bitməsinə beş dəqiqə qalmış ev sahiblərinin penalti zərbəsini M'bala Nzola dəqiq yerinə yetirə bilməyib.
"Komo" ardıcıl üçüncü oyununda qələbə qazanıb. Sesk Fabreqasın komandası 33 xal qazanaraq Seriya A turnir cədvəlində dördüncü yerə yüksəlib və əlavə meyarlara görə "Yuventus" və "Roma"nı geridə qoyub.
"Piza" 12 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.