top
“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik Idman.biz
Bu gün, 21:16
- ↺ +

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 11-ci turunda "İnter"lə keçiriləcək qarşılaşma barədə danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında Milan təmsilçisini İtaliyanın ən güclü komandası adlandırıb və qələbə qazanmaq üçün mükəmməl oyun göstərməli olduqlarını bildirib:

"Deyəsən, verdiyiniz suallara əsasən, bizim üçün hər həftə yetkinlik sınağıdır. Bu, normaldır. Mövsümün bizim üçün xüsusi olacağını bilirdik. Motivasiyamız böyükdür, amma hansı yolla getdiyimizi də anlayırıq. Vacib oyundur, yaxşı formadayıq. Bununla belə, bu qarşılaşma nə qədər irəli gedə biləcəyimizi göstərən sınaqdır. "İnter" İtaliyanın ən güclü komandasıdır. Oyundan sonra öz səviyyəmizi görəcəyik".

Fabreqas komandasının əvvəlki üç qarşılaşmada "İnter"i məğlub etməyə yaxın olduğunu xatırladıb. Lakin onun sözlərinə görə, Milan klubunun həlledici məqamlarda oyun səviyyəsini yüksəltməsi nəticəyə təsir göstərib:

"Üç dəfə buna yaxın olmuşuq. Ancaq onlar oyun səviyyəsini yüksəldəndə həddindən artıq güclü olurlar. Biz indiyədək olduğu kimi öz futbolumuzu oynamalıyıq. Nə əsəbilik, nə də təzyiq olmalıdır. Matçdan sonra harada olduğumuzu görəcəyik".

"Komo"nun Çempionlar Liqasında "Lans" üzərində 9:1 hesablı qələbəsinə də toxunan baş məşqçi bu nəticənin "İnter"lə qüvvələr nisbətini əks etdirmədiyini bildirib:

"Ötən oyundakı qələbənin heç bir əhəmiyyəti yoxdur. Bu nəticə səviyyələri bir-birinə çox yaxın olan iki komanda arasındakı fərqi göstərmir. Belə şey həyatda bir dəfə, bəxtin gətirəndə baş verir. Sakit qalmalıyıq.

"İnter" İtaliya çempionudur, ölkə kubokunu qazanıb, iki dəfə Çempionlar Liqasının finalında oynayıb. Bizim hələ çox yolumuz var. Amma sabah nə olacağını kim bilir? Bəlkə də mükəmməl oyunla sensasiya yaradacağıq".

Fabreqas Lautaro Martinesin yoxluğunda Marcus Türamın "İnter" üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

"O, onlar üçün çox vacib futbolçudur. Fantastik oyunçudur, güclü və sürətli hərəkət edir. Cərimə meydançasına daxil olur, hücumların qurulmasında iştirak edir, müdafiədə də yaxşı işləyir.

Levandovskini və ya Türamı necə dayandırmaq olar? Bilmirəm, bəlkə də möhtəşəm oyun və bir qədər köməklə. Onlar daim təhlükəli vəziyyətlər yaradan yüksək səviyyəli hücumçulardır. Müdafiəçiləri ciddi düşünməyə məcbur edirlər. Mükəmməl oyun lazımdır".

İspaniyalı mütəxəssis "Komo"nun "İnter"lə səviyyə fərqini azaltması üçün qol imkanlarından daha səmərəli istifadə etməli olduğunu da vurğulayıb:

"Qol vurmaq çox kömək edir. Onlar bir və ya iki imkandan istifadə edərək fərqlənə bilirlər. Biz isə "Lans"la oyundakı effektivliyimizin ən azı 60 faizini göstərməliyik. Amma sakit qalaraq öz oyunumuzu oynamalıyıq.

"San-Siro"dakı cavab qarşılaşmasına yenidən baxdım. Əgər Diao qol vursaydı, İtaliya Kubokunun finalında olardıq. Hər şeyi xırda detallar həll edir. Onlar sadəcə çox güclüdürlər".

Fabreqas qarşıdakı oyunda Çaloba və Diaonun xidmətindən yararlana bilməyəcəyini də təsdiqləyib.

Baş məşqçinin sözlərinə görə, Çaloba potensial olaraq beş-altı dəqiqə meydanda ola bilər. Lakin növbəti qarşılaşmaya qədər bərpa üçün daha uzun müddət olduğundan futbolçunun vəziyyətini riskə atmaq istəmir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Oxşar xəbərlər