Almaniya Bundesliqasının V turunda "Köln" doğma meydanda "Ştutqart"ı qəbul edib.
İdman.biz xəbər verir ki, "Köln" stadionunda baş hakim Matthias Yellenbekin (Frayburq) idarə etdiyi matçda ev sahibi 1:2 hesabı ilə məğlub olub.
4-cü dəqiqədə Yakub Kaminiski "Köln"ü önə çıxarıb – 1:0. 28-ci dəqiqədə Ermedin Demiroviç penalti zərbəsindən hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Yoşa Vaqnoman qonaqlara qələbə qazandırıb – 1:2.
Qeyd edək ki, bu nəticədən sonra "Köln" 7 xalla turnir cədvəlində 7-ci, "Ştutqart" isə 9 xalla 5-ci pillədədir.