top
Klublararası Dünya Çempionatında komandaların qazancı: Milyard dollar necə bölündü? Lent.az
15 iyul 2025, 20:15
- ↺ +

Klublararası Dünya Çempionatında komandaların qazancı: Milyard dollar necə bölündü?

İyulun 13-də ilk dəfə dünyanın hər yerindən 32 komandanı bir araya gətirən Klublararası dünya çempionatı başa çatıb. Böyük finalda "Çelsi" PSJ üzərində inamlı qələbə qazanaraq çempion olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kubok uğrunda mübarizədən əlavə, turnirdə həm də rekord məbləğdə 1 milyard dollar pul mükafatı verilib ki, onun bölüşdürülməsi olduqca qeyri-mütənasib olub.

2025-ci il dünya çempionatında klublar nə qədər pul qazanıb?

Turnirin ümumi mükafat fondu iki əsas hissəyə bölünüb:

* 525 milyon dollar - Klublararası dünya çempionatında iştirak üçün

* 475 milyon dollar - turnirdəki nəticələrə görə

Maraqlıdır ki, iştirak üçün vəsaitin bölgüsü bərabərlikdən uzaq olub. Təkcə turnirdə iştiraka görə ən çox Avropa klubları qazanıb - 12,8 milyon dollardan 38,1 milyon dollara qədər (klubun reytinqindən asılı olaraq).

Cənubi Amerikanın nümayəndələri bir az daha çox alıblar. Söhbət 15,21 milyon dollardan gedir.

Şimali Amerika, Afrika və Asiya klubları 9,55 milyon dollar zənginləşib.

Lakin Okeaniyadan olan komandalar, məsələn, "Oklend Siti" iştiraklarına görə cəmi 3,58 milyon dollar qazanıblar.

Turnirin nəticələrinə əsasən mükafat bölgüsü:

* Qrup mərhələsində qalibiyyət: 2 milyon dollar

* Qrup mərhələsində heç-heçə: 1 milyon dollar

* 1/8 mərhələyə çıxmaq: 7,5 milyon dollar

* 1/4 finala yüksəlmək: 13,125 milyon dollar

* Yarımfinala çıxmaq: 21 milyon dollar

* Finala çıxmaq: 30 milyon dollar

* Turnirin qalibi: 40 milyon dollar

Kim nə qədər qazanıb: pul mükafatının liderləri və autsayderləri

Turnirin ən böyük benefisiarı isə ümumilikdə 114,6 milyon dollar qazanan çempion – Londonun "Çelsi" komandası olub. Bu məbləğin böyük hissəsi (demək olar ki, 85 milyon) finalda qələbə də daxil olmaqla, uğurlu çıxışların mükafatıdır.

"Mançester Siti"nin işi maraqlıdır: onlar iştirak üçün ən böyük məbləği (37,6 milyon dollardan çox) alsalar da, meydandakı nəticələri yalnız əlavə 14,1 milyon dollar qazandırıb. Bu, onlara 51,7 milyon dollar məbləğində pul mükafatı reytinqində yalnız yeddinci yeri tutmağa imkan verib.

Beş klub – "Paçuka", "Sietl Saunders", "Ulsan", "Urava Red Daymonds" və "Vidad" - hər biri 9,6 milyon dolları yalnız iştiraka görə qazanıblar. Ən az gəliri 4,6 milyon dollarla Yeni Zelandiyanın "Oklend Siti" qazanıb (turnirdə bir heç-heçə sayəsində).

Bununla belə, təvazökar məbləğə baxmayaraq, bu mükafat pulu onların illik gəlirlərinin təsir edici 676 faizini təşkil edir və turnirin hətta kiçik klublar üçün də əhəmiyyətini vurğulayır.

Klublararası dünya çempionatında klubların gəlir cədvəli:

1. "Çelsi" (İngiltərə) - 114,6 milyon dollar

2. PSJ (Fransa) - 106,9 milyon dollar

3. "Real" (İspaniya) - 82,5 milyon dollar

4. "Fluminense" (Braziliya) - 60,8 milyon dollar

5. "Bavariya" (Almaniya) - 58,2 milyon dollar

6. "Borussiya Dortmund" (Almaniya) - 52,3 milyon dollar

7. "Mançester Siti" (İngiltərə) – 51,7 milyon dollar

8. "Palmeyras" (Braziliya) - 39,8 milyon dollar

9. "İnter" (İtaliya) – 36,8 milyon dollar

10. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 34,2 milyon dollar

11. "Benfika" (Portuqaliya) - 32,2 milyon dollar

12. "Flamenqo" (Braziliya) - 27,7 milyon dollar

13. "Botafoqo" (Braziliya) - 26,7 milyon dollar

14. "Yuventus" (İtaliya) - 26,6 milyon dollar

15. "Porto" (Portuqaliya) - 24,0 milyon dollar

16. "Atletiko" Madrid (İspaniya) - 21,4 milyon dollar

17. "İnter Mayami" (ABŞ) - 21,1 milyon dollar

18. "Monterrey" (Meksika) - 21,1 milyon dollar

19. "River Pleyt" (Argentina) - 18,2 milyon dollar

20. "Boka Xuniors" (Argentina) - 17,2 milyon dollar

21. "Zalsburq" (Avstriya) - 15,8 milyon dollar

22. "Mamelodi Sandaunz" (Cənubi Afrika) - 12,6 milyon dollar

23. "Əl-Əhli" (Misir) - 11,2 milyon dollar

24. "Əl-Ayn" (BƏƏ) - 11,2 milyon dollar

25. "Esperans" (Tunis) - 11,2 milyon dollar

26. "Los-Aneles" (ABŞ) - 10,6 milyon dollar

27. "Paçuka" (Meksika) - 9,6 milyon dollar

28. "Sietl Sounders" (ABŞ) - 9,6 milyon dollar

29. "Ulsan2 (Koreya Respublikası) - 9,6 milyon dollar

30. "Urava Red Daymonds" (Yaponiya) - 9,6 milyon dollar

31. "Vidad" (Mərakeş) - 9,6 milyon dollar

32. "Oklend Siti" (Yeni Zelandiya) - 4,6 milyon dollar

Bu Klublararası dünya çempionatı təkcə miqyasına görə deyil, həm də müəyyən qeyri-mütənasibliyə baxmayaraq, müxtəlif qitələrin klubları üçün yeni imkanlar açan əhəmiyyətli maliyyə mükafatlarına görə tarixə düşüb.
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər