ABŞ-da keçirilən klublararası dünya çempionatında ən çox qazanan İspaniya vitse-çempionu "Real" olub.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, "Kral klubu"nun iştirak üçün 55,2 milyon avro alacağına zəmanət verilir. Qələbə qazanacağı təqdirdə "Real" daha 56,4 milyon avro qazanacaq.
Bu göstərici ilə ikinci yerdə Almaniya çempionu "Bavariya" (52,3 milyon avro), üçüncü yerdə Fransa çempionu PSJ (50,3 milyon avro), dördüncü yerdə "Çelsi" (48,3 milyon avro) qərarlaşıb.
İlk onluğa həmçinin "Mançester Siti" (46,3 milyon avro), "Borussiya" (46,2 milyon avro), "Palmeyras" (36,1 milyon avro), "Fluminense" (35,1 milyon avro), "İnter" (32,9 milyon avro) və "Əl-Hilal" (31,1 milyon avro) daxildir.