Cənubi Koreyanın "Seul" klubu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli ilə maraqlanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Asiya təmsilçisi oyunçunun xidmətində maraqlı olduğunu bildirmək və onun qiymətini öyrənmək üçün "Nürnberq" klubuna rəsmi müraciət edib.
Almaniya təmsilçisinin baş məşqçisi Miroslav Kloze bu keçidə isti yanaşır. Həmyerlimiz də razılıq verəcəyi halda, onun "Seul"a keçidi rəsmiləşəcək.
Asiya klubu hələ ki Mahir üçün rəsmi təklif göndərməyib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Emrelinin "Nürnberq"lə müqaviləsi bu ilin yayında başa çatır.