Fransa millisinin və "Çelsi"nin sabiq futbolçusu Klod Makelele baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, fransalı mütəxəssis Yunanıstan təmsilçisi "Asteras"ı çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda serb Milan Rastavacanı əvəzləyib.
Qeyd edək ki, 51 yaşlı mütəxəssisin son iş yeri "Çelsi"nin 18 yaşadək futbolçulardan ibarət komandası olub.