Kiyev "Dinamo"su və "Şaxtyor"un sabiq qapıçısı Artur Rudko Ukraynadan qaçmağa cəhd edib. Sport24.az "Sport Arena" portalına istinadən xəbər verir ki, 33 yaşlı ukraynalı sərhədi qanunsuz keçmək istəyərkən saxlanılıb.
Mənbənin sözlərinə görə, Rudko hazırda Ukrayna Silahlı Qüvvələrinin (AFU) təlim mərkəzlərindən birində ilkin hərbi təlim keçir.
Rudkonun son klubu ötən mövsümün sonunda ayrıldığı Odessa "Çernomorets"i olub.