top
KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə girib Report.az
31 yanvar 2025, 07:18
- ↺ +

KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə girib

Hazırda "Ayaks"da çıxış edən "Liverpul"un keçmiş kapitanı Cordan Henderson Amsterdam klubunu tərk edərək Fransanın "Monako"suna keçmək niyyətindədir. "Ayaks" rəhbərliyi hələlik qəti şəkildə bunun əleyhinədir ki, bu da "Qalatasaray"la matç günü münaqişəyə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə Niderlandın "Telegraaf" qəzeti yazıb.

"Ayaks" "Qalatasaray" üzərində mühüm qələbə (2:1) qazanaraq Avropa Liqasının pley-offuna çıxışını təmin edib. Lakin əsas müzakirə mövzusu amsterdamlıların qələbəsi deyil, Cordan Hendersonun davranışı olub. İngiltərəli futbolçu kapitan kimi meydana çıxmaqdan imtina edib və matçdan əvvəl 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, "Monako"ya pulsuz keçirilməsini tələb edib.

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunda uğursuz dönəmdən sonra Henderson 2024-cü ilin yanvarında "Ayaks"a qoşulub. Yayda formaya düşərək yeni məşqçi Françesko Fariolinin rəhbərliyi altında əsas oyunçuya çevrilib. Lakin indi onun kluba münasibəti rəhbərlik və azarkeşlərdə məyusluq yaradır.

Klubdakı mənbə 34 yaşlı yarımmüdafiəçinin inadkar olduğuna diqqət çəkib. Belə ki, "Monako"ya buraxılmasa, Henderson meydana çıxmaqdan imtina edəcək. Artıq "Qalatasaray"la matçda onun əvəzinə kapitan sarğısını qapıçı Remko Pasver taxıb.

"Ayaks" Hendersonu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə vacib oyunçu hesab edir. Lakin onun davranışı klubun qərarına təsir edə bilər. Vəziyyətə baxmayaraq, Henderson "Qalatasaray"a qarşı keyfiyyətli oyun nümayiş etdirsə də, komandanın qollarında birbaşa rol almayıb, əvəzlənəndə isə azarkeşlərlə vidalaşarcasına sağollaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər