top
Kişi futbolçulara rəhbərlik edəcək ilk qadın məşqçimiz: “Bizim ailədə qız uşaqlarına qarşı heç bir ayrı-seçkilik olmayıb” - MÜSAHİBƏ Idman.biz
07 may 2025, 11:49
- ↺ +

Kişi futbolçulara rəhbərlik edəcək ilk qadın məşqçimiz: “Bizim ailədə qız uşaqlarına qarşı heç bir ayrı-seçkilik olmayıb” - MÜSAHİBƏ

"Şimal" futbol klubunun məşqçisi Zülfiyyə Bayramovanın İdman.biz-ə müsahibəsi

- Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasında çalışacaq qadın məşqçi siz olacaqsınız. Kişilərlə işləmək sizi qorxutmur? Birdən sizin sözünüzü eşitmədilər.

- Xeyr. Bu mənə adi bir şey kimi gəlir. Kişi olanda nə olur ki?

- Neçə ildir futbol oynayırsınız?

- On üç ildən çoxdur. Əslində, uşaqlıqdan futbol oynayıram. Ancaq çempionatlara 15 yaşımdan qoşulmuşam. Ona qədər qadın futbolu haqqında geniş məlumatım yox idi. Eşitdim ki, qızlardan ibarət komanda var, mən də qatıldım. Təxminən, on beş ildir ki, oynayıram.

- Neçə yaşınız var?

- 28.

- Necə oldu ki, "Şimal" klubu məhz sizi seçdi?

- Orada çalışan Fazil Salahov əvvəllər məşqçim olub. Çox sağ olsun, onun təşəbbüsü sayəsində bu addımı atdıq. "Şimal" klubu ilə 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Ümid edirəm, komandaya faydalı ola biləcəm.

- Məşqçilik təcrübəniz var?

- Bəli. AFFA-nın təlimlərində iştirak etmişəm. C kateqoriya məşqçilik sertifikatım var. Uşaq futbol komandalarında məşqçi kimi çalışmışam.

- Həm də "Baku Juniors"un futbolçususuz. İki klubda çalışmaq sizin üçün çətin olmayacaq?

- Xeyr. Öhdəsindən gələcəyimə inanıram. "Baku Juniors"da əvvəl qapıçı idim, son qarşılaşmalarda futbolçu kimi çıxış edirəm, əsasən hücumda oynayıram.

- "Şimal"da yeni mövsümdən Zaur Ramazanovla çalışacaqsınız. Onunla əvvəllər hər hansı iş birliyiniz olub? Ümumiyyətlə, komandada oynayan futbolçuları tanıyırsınız?

- Tanıdıqlarım var. Ancaq hələ ki, məşqlərə qoşulmadığım üçün bu suala dəqiq cavab verə bilməyəcəm.

- Ailənizin, yaxınlarınızın bu təyinata reaksiyası necə oldu?

- Ailəm mənə daim dəstək olur. Hətta bəzən mən nədənsə çəkinəndə anam deyir ki, daha aktiv ol. Gördüyünüz kimi, danışmaqdan xoşum gəlmir. Bizim nəsildə, ailədə qızlara qarşı ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, böyüdülmə şəklindən çox şey asılıdır. Məni başqa cür yetişdiriblər, heç vaxt qız olduğum üçün ikinci planda qalmamışam. Xaçmazda yaşayıram. Rayonda böyüdüyüm üçün həmişə kişi işləri görmüşəm. Ona görə də kişilərlə işləmək məni qorxutmur.

- Siz də "Qadının yeri mətbəx deyil" düşüncəsindəsiniz?

- Xeyr, niyə ki? Mətbəx işlərini də bacarmaq lazımdır.

- Bacarırsınız?

- Əlbəttə.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Oxşar xəbərlər