"Real"ın hücumçusu Kilian Mbappenin UEFA Superkubokunda çərşənbə günü "Atalanta"ya qarşı keçirəcəkləri matçda komandanın start heyətində yer alması ehtimalı azdır. Sport24.az İspaniya mediasına istinadən xəbər verir ki, Karlo Ançelotti Çempionlar Liqasındakı qələbədə mühüm rol oynayan futbolçulara şans vermək niyyətindədi.
O da bildirilir ki, fransalı forvard "Atalanta" ilə oyun üçün heyətə düşəcək. lakin o, ən yaxşı halda ikinci yarıda "kral klubu"nda debüt edəcək.
Qeyd edək ki, Mbappe bu yay PSJ-dən azad agent kimi "Real"a keçib.