"Real"ın hücumçusu Kilian Mbappe bildirib ki, "Real"ın sabiq oyunçusu Kriştiano Ronaldo ilə müqayisə olunmasına görə qürur duyur. Sport24.az xəbər verir ki, fransalı ulduz futbolçu bununla bağlı "Marca" qəzetinə açıqlama verib:
"Ronaldonun "Real" üçün etalon olduğunu hamı bilir. Mən ilyarımdı Madriddəyəm, o isə doqquz il "Real"ın formasını geyinib. Özümü onunla və qazandığım uğurları onun nailiyyətləri ilə müqayisə edə bilmərəm. Mənim yolum fərqlidir, öz yolumla getmək istəyirəm. Amma adımın Ronaldo ilə yanaşı hallanması artıq qürur mənbəyidir. Məqsədim Ronaldonu keçmək yox, komandada uğur qazanmaqdır".
Qeyd edək ki, Mbappe dünən ötən mövsümün "Qızıl buts" mükafatına layiq görülüb.