Kilian Mbappe Avropa çempionatında qoruyucu maskada oynamaq hissindən danışıb. Sport24.az "RMC Sport"-a istinadən xəbər verir ki, fransalı futboçu maskada oynamağın əsl dəhşət olduğunu bildirib:
"Maskada oynamaq əsl dəhşətdir. Hər səhvdən sonra maskanı dəyişdim. Görünüş məhdudiyyəti olduğu üçün maskada oynamaq çətindir. Ehtiyac olmadığı halda ondan dərhal qurtulacam".
Mbappenin Avropa çempionatının qrup mərhələsində, Avstriya yığması ilə matçda burnu qırılıb.
Qeyd edək ki, Mbapeenin formasını geyindiyi Fransa millisi bu gün AÇ-2024-ün 1/8 finalında Belçika ilə qarşılaşacaq.