AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.
O, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən "Esenler Erokspor" stadionunda təşkil olunacaq.