top
Kianna Dyufur: Futbol meydanından sosial media ulduzluğuna - Gözəllik və əzmkarlıq hekayəsi Idman.biz
08 yanvar 2026, 14:54
- ↺ +

Kianna Dyufur: Futbol meydanından sosial media ulduzluğuna - Gözəllik və əzmkarlıq hekayəsi

Qadın futbolu hələ də geniş auditoriya qazana bilməsə də, bəzi futbolçular dünya miqyasında böyük maraq doğurmağı bacarır.

İdman.Biz Sovsport.ru-ya istinadən xəbər verir ki, uzun müddət fanatlar arasında "dünyanın ən cazibədar futbolçusu" kimi tanınan isveçrəli Alişa Lemann bu siyahının önündə idi.

Lakin ötən ildən etibarən diqqətlər braziliyalı Kianna Dyufura yönəlib və o, bir çoxlarının fikrincə bu statusu əlindən alıb.

Braziliya futbolunun "kraliçası" adlandırılan Kianna Dyufur gözəlliyi hətta Neymar, Vinisius və Ueston Makkenni kimi ulduz futbolçuların da diqqətini çəkib.

San-Paulu şəhərində doğulan, haitili köklərə malik Dyufur sonradan ailəsi ilə Kanadaya köçüb və məhz orada futbola maraq göstərməyə başlayıb.

Uşaqlıq və yeniyetməlik illərində tez-tez oğlanlarla yarışan Kianna bu sayədə həm texnikasını təkmilləşdirib, həm də güclü atletik quruluş formalaşdırıb.

Onun həyat yolundakı ən çətin məqamlardan biri bud-çanaq oynaqlarının displaziyası olub və Dyufur yeniyetməlik dövründə bu problemə qarşı mübarizə aparıb.

15 yaşında iki ağır əməliyyat keçirən futbolçu uzun fizioterapiyadan sonra yenidən qaçmağı və futbol oynamağı bacarıb.

Gənclərdən ibarət Haiti yığmalarındakı çıxışı Kiannanı skautların diqqət mərkəzinə gətirib və 2025-ci ilin qışında o, Cənubi Missisipi Universitetinin qadın komandasına transfer olunub.

ABŞ-yə köçdükdən sonra cəmi 19 yaşlı Dyufur qısa müddətdə sosial şəbəkələrdə əsl internet ulduzuna çevrilib və reklam müqavilələri imzalayıb.

Bununla yanaşı, bəzi istifadəçilər futbolçunu fotolarını redaktə etməkdə ittiham edib, xüsusilə atası ilə paylaşdığı bir şəkil böyük müzakirələrə səbəb olub.

Hər halda, Kianna Dyufur özü model karyerası arzusunu gizlətmir və futbol meydanındakı əzmkarlığı ilə yanaşı, populyarlığını da artırmaqda davam edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Oxşar xəbərlər