Millətlər Liqasında Finlandiya ilə oyunda dubla imza atan İngiltərə yığmasının forvardı Harri Keyn millisində yeni rekorda nail olub.
İdman.biz xəbər verir ki, ingilis futbolçu milli formasındanın "Uembli"də keçirdiyi 35-ci oyununda 27-ci qolunu vuraraq bu uğura imza atıb.
Öz yeni rekordunu Keyn artıq gələn ay yeniləyə bilər. Oktyabrın 10-da İngiltərə yığması evdə yunanları qəbul edəcək.
Qeyd edək ki, millidə 100-cü oyununa çıxan forvard indiyə qədər komandasının 85 qolunda iştirak edib. O, 68 qol vurub və 17 məhsuldar ötürmə edib.
İdman.biz