top
Kevin Yakoba Qarabağ maraq göstərir Idman.biz
23 yanvar 2026, 18:14
- ↺ +

Kevin Yakoba "Qarabağ" maraq göstərir

İsveç və İraq əsilli yarımmüdafiəçi Kevin Yakob yenidən transfer gündəminə gəlib. Uzunmüddətli zədədən sonra formasını bərpa edən futbolçuya Azərbaycan çempionu "Qarabağ" maraq göstərir.

İdman.Biz xəbər verir ki, hazırda Danimarkanın "Orhus" klubunda çıxış edən Yakobla bağlı məlumatı "Fotbolltransfers" yayıb.

25 yaşlı futbolçu zədə səbəbindən təxminən iki il bərpa prosesi keçib. O, cari mövsümdə yenidən meydanlara qayıdaraq əvvəlki formasını tapıb. Yakob bütün turnirlərdə 18 oyunda bir qol və iki məhsuldar ötürmə ilə komandasına töhfə verib. Həmin qarşılaşmaların yarısında start heyətində meydana çıxıb.

Hazırda "Orhus" Superliqada 18 turdan sonra turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini dörd xal qabaqlayır. Buna baxmayaraq, Yakobun gələcəyi ilə bağlı suallar açıq qalır.

Futbolçunun agenti Alex Reggiani isə ona marağın mövcudluğunu təsdiqləyib:

"Kevin yenidən oyundan zövq almağa başlayıb və bu mövsüm yaxşı çıxış edir. Bir neçə klubun marağı var, lakin bütün tərəflərə hörmət əlaməti olaraq ad çəkmək istəmirəm".

Yanvar transfer pəncərəsi ilə bağlı suala isə agent belə cavab verib:

"Kevin müqaviləyə malikdir və "Orhus"da özünü çox rahat hiss edir. O, bütün diqqətini mövsümün ikinci hissəsinə yönəldib. Komandanın qarşısında böyük hədəflər var və Kevin özünü əsas fiqurlardan biri kimi görür. Amma həm klub, həm də futbolçu üçün maraqlı bir variant ortaya çıxarsa, əlbəttə ki, baxacağıq".

Qeyd edək ki, Kevin Yakobun "Orhus"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Oxşar xəbərlər